"Brusselə gedəcəyəm, amma sülh sazişi olmayacaq" - Paşinyan

   "Brusselə gedəcəyəm, amma sülh sazişi olmayacaq" -    Paşinyan
  11 May 2023    Oxunub:1492
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşün planlaşdırıldığı Brüsselə səfərini ləğv etmək niyyətində deyil.
O, bunu hökumətin iclasında deyib. Bununla yanaşı, o hesab edir ki, mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı azdır, çünki sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir.

"Onu imzalamaq hələ tezdir. Digər tərəfdən, bizim vəzifəmiz sənədi mümkün qədər tez hazırlayıb imzalamaqdır".

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında bundan əvvəl Vaşinqtonda danışıqlar aparılıb, müzakirələr 4 gün davam edib.

Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib. Paşinyanla İlham Əliyev arasında növbəti görüş Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçiriləcək.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Paşinyan  





Xəbər lenti