ABŞ İran gəmisindən 80 milyonluq heroin götürüb
![ABŞ İran gəmisindən 80 milyonluq heroin götürüb ABŞ İran gəmisindən 80 milyonluq heroin götürüb](https://azvision.az/photos/2023/05/KOK-1683800666.jpg)
“Son bir neçə gündə narkotik vasitələrin ələ keçirilməsi qürurverici bir hadisədir. Biz regional tərəfdaşlarla işləmək və dənizdə sabitliyi pozan istənilən dəniz fəaliyyətini pozmaq üçün buradayıq” - ABŞ gəmisinin komandiri deyib.
Glen Harris gəmisi “Birgə İşçi Qüvvə 150”-yə dəstək missiyasında olarkən, Çabaharı tərk edərək beynəlxalq sulara girdikdən sonra sözügedən balıqçı gəmisini 1965 kiloqram heroin yükü ilə ələ keçirib. İki gün əvvəl isə ABŞ Sahil Mühafizəsi Çabahar limanından başqa bir balıqçı gəmisində 30 milyon dollar dəyərində heroin və metamfetamin (ağ kristall şəkilli narkotik maddə) aşkarlayıb.
AzVision.az