Taxıl sazişi üzrə danışıqlar davam edəcək
Taxıl sazişi üzrə yüksək səviyyəli görüş mayın 10-11-də İstanbulda dördtərəfli formatda keçirilib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyasına İstanbulda birgə koordinasiya mərkəzi cavabdehdir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: