Ali Məhkəmə İmran Xanın həbsini qanunsuz elan etdi

   Ali Məhkəmə İmran Xanın həbsini qanunsuz elan etdi
  11 May 2023    Oxunub:1775
Pakistanın Ali Məhkəməsi hökmət orqanlarına keçmiş baş nazir İmran Xanın dərhal azad edilməsi barədə göstəriş verib. Bu barədə Geo telekanalı məlumat yayıb.
“Əl-Qədir işi üzrə İmran Xanın həbsi Ali Məhkəmə tərəfindən qanunsuz elan edilib və səlahiyyətlilərə onun dərhal azadlığa buraxılması tapşırılıb” , - bəyanatda deyilir.

Qeyd edək ki, mayın 9-da Xan İslamabadın Ali Məhkəməsinin binasında Əl Qadir şirkətinin vəsaitlərinin mənimsənilməsi işi üzrə İslam Respublikasının Daxili İşlər Nazirliyinin
Pakistanı iğtişaşlar dalğası bürüdü - VİDEO
nümayəndələri tərəfindən saxlanılıb.

Hazırda Pakistan məhkəmələrində terror və iğtişaşlar da daxil olmaqla müxtəlif ittihamlarla ona qarşı onlarla cinayət işi qaldırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti