Süni intellekt fırıldaqçısı həbs olundu

   Süni intellekt fırıldaqçısı həbs olundu
  11 May 2023    Oxunub:1686
Çində Honq adlı bir şəxs ChatGPT-dən istifadə edərək, 9 nəfərin ölümü ilə nəticələnən qatar qəzası barədə xəbər uydurub. İndi isə Honq 5-10 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Sosial mediada yayılan, Baijiahao saytında 15 mindən çox kliklənən saxta xəbər Çinin Qansu əyalətində qarışıqlığa yol açıb.

Hadisədən sonra növbəti fırıldaqların qarşısının alınması üçün süni intellektdən istifadənin məhdudlaşdırılması tələb olunub. Xatırladaq ki, keçən ay süni intellektə “senzura” tətbiq etməklə bağlı çağırışlar səslənmişdi.

ChatGPT-dən istifadə etməklə saxta xəbəri yayan şəxsin həbsinə reaksiyalar isə müxtəlifdir.

Aygün Cəbrayıl
AzVision.az


Teqlər:





Xəbər lenti