"Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət başa çatıb" - ÜST
!["Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət başa çatıb" - ÜST "Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət başa çatıb" - ÜST](https://azvision.az/photos/2023/05/1683818588.jpg)
“Meymunçiçəyi və koronavirusla bağlı fövqəladə rejim sona çatsa da, təkrarlanan xəstəlik dalğaları təhlükəsi qalmaqdadır. Hər iki virus yayılmağa və öldürməyə davam edir", Qebreyesus əlavə edib.
ÜST-ün məlumatına görə, xəstəlik ötən ilin may ayından müxtəlif ölkələrdə yayılmağa başlayıb.
2022-ci ilin iyulunda ÜST meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib.
Qeyd edək ki, ÜST keçən həftə koronavirusun yayılması səbəbindən dünyada elan edilmiş fövqəladə vəziyyətin başa çatdığını elan edib.
AzVision.az
Teqlər: