İran məhkəməsi üç nəfərin edam cəzasını qüvvədə saxladı
Qeyd olunur ki, 2022-ci ilin noyabrı ayında Saleh Haşimi, Məcid Kazemi və Səid Yaqubi hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı basqın edib və nəticədə 3 nəfər ölüb.
Haşimi silahdan istifadə etməkdə və “İran xalqının mücahidlərinin təşkilatı” solçu qruplaşmaya üzv olmaqda, Yaqubi silah alqı-satqısında, Kazemi isə hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı “Kalaşnikov” avtomatından istifadə etməkdə təqsirli bilinib.
Qeyd edək ki, 2022-ci ilin sentyabr-dekabr aylarında İranda gənc iranlı qadın Məhsa Əmininin polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə bağlı kütləvi etirazlar və iğtişaşlar başlayıb. Etirazçılar Məhsanın ölümündə hakimiyyəti günahlandırıblar.
AzVision.az
Teqlər: