İmran Xan girov müqabilində iki həftəlik azad edilib

   İmran Xan girov müqabilində iki həftəlik azad edilib
  12 May 2023    Oxunub:1468
İslamabad Məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanı girov müqabilində iki həftəlik azad edib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan məhkəmə qərarı ilə 8 günlük həbs edilmiş, amma dünən Pakistan Ali Məhkəməsi sabiq Baş nazirin həbsini qanunsuz elan etmişdi.

İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur. Onun həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etirazlarına səbəb olub. Pakistanın bir sıra bölgələrində PTİ tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti