"Türkiyənin mövqeyi Rusiya hakimiyyətini heyran edir" - Peskov

 "Türkiyənin mövqeyi Rusiya hakimiyyətini heyran edir" -  Peskov
  12 May 2023    Oxunub:1316
“Bu cür müraciətlərin nədən qaynaqlandığını bilmirəm. Biz dəfələrlə demişik və israr edirik ki, xarici dövlətlərin daxili işlərinə və seçki proseslərinə qarışmırıq”.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidentliyinə namizəd “Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun sözlərinə cavab olaraq deyib.

Peskov türk siyasətçiyə ABŞ hakimiyyətinin uzun müddət Moskvanın Amerika prezident seçkilərinə müdaxilə etdiyini bildirən Vaşinqton hadisələrini xatırlamağı tövsiyə edib.

"Biz istintaqa on milyonlarla dollar xərclədik və sonra heç bir müdaxilə olmadığı qənaətinə gəldik".

Peskov həmçinin Moskvanın Ankara ilə münasibətlərə dəyər verdiyini bildirib:
“Biz Türkiyə Respublikası ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk, çünki indiyədək üzləşdiyimiz bütün regional və qlobal problemlərlə bağlı çox məsuliyyətli suveren və düşünülmüş mövqe tutub”. Kremlin sözçüsü əlavə edib ki, belə mövqe Rusiya hakimiyyətini heyran edir.

Qeyd edək ki, Kılıçdaroğlu Rusiyanı mayın 14-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməməyə çağırıb. O, bu barədə öz tvitter hesabında rus dilində yazıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti