Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri istefa verdi

   Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri istefa verdi
  12 May 2023    Oxunub:993
Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınık istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

2016-cı ildən Türk Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsini icra edən Kınıkın istefasından sonra nizamnaməyə uyğun olaraq növbədənkənar qurultaya qədər İdarə Heyətinin sədri vəzifəsini sədrin birinci müavini Fatma Meriç Yılmaz icra edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Kerem Kınıkın Türkiyədə baş verən zəlzələ zamanı çadırları satması ilə bağlı iddialar yayılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti