İranda baş redaktoru güllələdilər

İranda baş redaktoru güllələdilər
  13 May 2023    Oxunub:1621
İranın Xuzistan əyalətinin İzə şəhərində yaşayan "Toseeye Cənub" qəzetinin baş redaktoru Əkbər Limonçu güllələnərək öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Mayın 12-i gecə saatlarında İzə şəhərinin Salman Farsi küçəsində yerləşən kafedə olan baş redaktora silahlı şəxs hücum edib. Əkbər Limonçu və onunla bir yerdə olan bir neçə nəfər güllələnib",- məlumatda bildirilir.

Baş redaktor xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Başqa yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

İran Polis Komandanlığının İnformasiya Mərkəzinin rəisi Səməd Abbasi hadisəni təsdiq etsə də, təfərrüat barədə açıqlama verməyib.

O, silahlı hücumun araşdırıldığını və hücumçunun saxlanılması ilə bağlı tədbirlər görüldüyünü deyib.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti