İranda etirazçının göz əməliyyatına mane olurlar

   İranda etirazçının göz əməliyyatına mane olurlar
  13 May 2023    Oxunub:1253
İranın hakimiyyəti onun siyasətindən narazı olanları cəzalandırmaq üçün qeyri-insani əməllərdən belə çəkinmir. Etiraz aksiyalarında gözündən zədə alan Hüseyn Hüseynpurun göz əməliyyatının qarşısınnı alınması məhz belə hallardan biridir.
AzVision.az xəbər verir ki, bu barədə Hüseynpur öz tvitter hesabında məlumat verib.

“Mənə nəsə etməyə icazə vermirsiniz. Gözüm çox ağrıyır. Beş dəqiqə də olsa heç nə görə bilmirəm. Hər dəfə nəsə deyirsiz, indi də mənim adımın üstündən xətt çəkmisiz. Əvvəllər mənim gözüm üçün buynuz qişasının tapıldığını, indi isə buynuz qişanın tapılmadığını deyirlər”, - Hüseynpur yazıb.

Hüseyn Hüseynpur ötən ilin noyabrında etirazlar zamanı qüvvələrin birbaşa atəşi nəticəsində sağ gözünün görmə qabiliyyətini itirib.

AzVision.az



Teqlər: İran   repressiya  





Xəbər lenti