İranın nüvə fəaliyyəti MAQATE-ni narahat edir
“İran JCPOA-da (İranın nüvə proqramı ilə bağlı 5+1 sazişi) razılaşdırılmış monitorinq mexanizmlərini dayandırdıqdan sonra yoxlamaların sayı 10% azalıb. Müfəttişlərin fəaliyyətinə İranın qərarı güclü təsir göstərir. İran təminatlarla bağlı həll olunmamış məsələləri hələ izah və həll etməmişdir. Bu sahədə hələ çox mühüm işlər görülməlidir” - məlumatda deyilir.
Ötən il Beynəlxalq MAQATE tərəfindən İranın nüvə mərkəzləri və obyektlərindən kameralar, digər monitorinq cihazlarının yığışdırılmasından sonra bu fəaliyyətlərin monitorinqinin səviyyəsi aşağı düşüb və nəticədə beynəlxalq ictimaiyyətin narahatlığı xeyli artıb.
AzVision.az