"Kılıçdaroğlunun sözləri bu ölkəyə qarşı ədalətsizlikdir" - Çavuşoğlu

   "Kılıçdaroğlunun sözləri bu ölkəyə qarşı ədalətsizlikdir" -    Çavuşoğlu
  13 May 2023    Oxunub:1705
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə müxalifətinin Rusiyanın respublikada keçirilən prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı bəyanatlarını “ədalətsiz və yalan” adlandırıb.
O, bu barədə CNN Türk-ə müsahibəsində bildirib. Nazirin sözlərinə görə, hazırda ölkədə sabitlik lazımdır. Çavuşoğlu vurğulayıb ki, respublikada seçkilər həmişə şəffaf olub.

"Kılıçdaroğlunun Rusiyanın seçkilərə müdaxilə etməsi ilə bağlı sözləri bu ölkəyə qarşı ədalətsizlikdir. Hər cür müdaxilə ilə bağlı çıxışlar yalandır", - Türkiyənin xarici işlər naziri bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Sultanqazidə seçiciləri ilə görüşü zamanı CHP lideri Kamal Kılıçdaroğlunun “Rusiya seçkilərə müdaxilə edəcək” iddiasına cavab verib:

“Kılıçdaroğlunun dediyinə görə, Türkiyədə seçkiləri Rusiya idarə edir. Ayıbdır! İndi mən də durub desəm ki, seçkiləri ABŞ idarə edir, Almaniya idarə edir, Fransa idarə edir, İngiltərə idarə edir. Nə deyəcəksən? Sən bunları mənim qədər tanımırsan. 20 ildir, mən bu adamlarla görüşürəm, bir masada otururam, danışıqlar aparıram. Mən bu adamlarının ruhuna belə bələdəm! Sən bunları haradan tanıyırsan axı?”, – Ərdoğan qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti