İsfahanda 18 məhbus edam ərəfəsindədir
“İsfahanın Dəstgərd həbsxanasında iki qadın və Dövlətabad qadın həbsxanasında 4 qadın olmaqla 18 məhbusun cəzaları icra olunmaq üzrədir. Ərini “qəsdən öldürmək” ittihamı ilə “özünə intiqam” (edam) cəzasına məhkum edilmiş yetkinlik yaşına çatmamış gəlin olan Samirə Əbbasi də bu məhbuslardandır. Həmçinin Dövlətabad qadın həbsxanasında edam cəzasına məhkum olunmuş 4 qadın məhbusun hamısı “qəsdən adam öldürmə” ittihamı ilə “özünə intiqam” (edan) cəzasına məhkum edilib” - məlumatda deyilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


