Türkiyədə iki nəfər seçki məntəqəsində infarkt keçirdi

   Türkiyədə iki nəfər seçki məntəqəsində infarkt keçirdi
  14 May 2023    Oxunub:1793
Rize və Trabzonda seçki məntəqəsində infarkt keçirən iki nəfər həyatını itirib.
Əldə edilən məlumata görə, məntəqədə seçki qutularına nəzarət edən Şeref Kurt vəzifə başında olarkən infarkt keçirib. O, xəstəxanaya aparılsa da, həyatını qurtramaq mümkün olmayıb.

Digər ölüm hadiəsi isə Trabzonda baş verib. Səsverməyə gələn 75 yaşlı Aysel Ulusay seçki məntəqəsində səsə verən zaman keçinib.
Kılıçdaroğlu və Sinan Oğan səs verdilər


Qeyd edək ki, Türkiyədə prezident və 28-ci çağırış parlament seçkilərinə start verilib. Ankara vaxtı ilə saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatacaq. Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Son məlumata görə, ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib. Gömrük məntəqələrində isə səsvermə bu gün saat 17:00-da başa çatacaq.

Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Türkiyə   seçki  





Xəbər lenti