"Zelenski Berlini telefonsuz tərk edəcəkdi" - KİV

   "Zelenski Berlini telefonsuz tərk edəcəkdi" -    KİV
  14 May 2023    Oxunub:1316
Ukrayna prezidenti Volodimir Zelenski Berlini az qala smartfonsuz tərk edəcəkmiş.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazır. Ukrayna prezidenti telefonu enerji bankı ilə birlikdə avtomobildə qoyub.

"Almaniya kansleri Olaf Şoltsla görüşəndən sonra Zelenski vertolyota minib. Qapılar artıq bağlı olanda və hər şey uçuşa hazır olanda o, mobil telefonun maşının salonunda qaldığını deyib", - jurnalist Fabian Macerat deyir.

Buna görə uçuş qısa müddətə təxirə salınıb. Polis telefon və enerji bankını Zelenskiyə verəndən sonra vertolyot havaya qalxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti