Zelenskiyə “Böyük Karl” mükafatı verildi

   Zelenskiyə “Böyük Karl” mükafatı verildi
  14 May 2023    Oxunub:1686
Avropanın ən qədim mükafatlarından biri olan Beynəlxalq Böyük Karl Mükafatı (Karlspreis) Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Ukrayna xalqına verilib.
Axen Bələdiyyəsində keçirilən mərasimdə Zelenskiyə mükafatı Böyük Karl Mükafatı Komissiyasının sədri Yurgen Linden və Axen şəhərinin meri Sibyl Keupen təqdim edib.

Linden bildirib ki, mükafat Zelenskiyə və Ukrayna xalqına azadlıq, demokratiya və Avropa dəyərlərinin müdafiəsində göstərdikləri cəsur mübarizəyə görə verilib.

Zelenski bu mükafatı almaqdan böyük qürur duyduğunu, hər gün azadlıq və Avropa dəyərləri uğrunda mübarizə aparan ukraynalıları təmsil etdiyini bildirib.

Hər bir ukraynalının qəhrəman olduğunu və burada dayanmağa layiq olduqlarını vurğulayan Zelenski Ukraynanın istədiyi sülhün indiki müharibədə yalnız bir qələbə ilə əldə oluna biləcəyini söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti