"O bölgədə problemlər var" - Baydendən seçki açıqlaması

   "O bölgədə problemlər var" -    Baydendən seçki açıqlaması
  15 May 2023    Oxunub:1784
ABŞ prezidenti Co Bayden Türkiyədə keçirilən seçkilərlə bağlı ilk şərhini verib.
“Kim qalib gəlirsə gəlsin, hazırda dünyanın o hissəsində kifayət qədər problemlər var”, - Bayden deyib.

Qeyd edək ki, ötən gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda üç namizəd - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.

Səsvermə bülletenlərinin 99,37%-i sayılıb . Son məlumata görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan: 49,42%-lə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,95%, Sinan Oğan isə 5,20% səs toplayıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Seçki   Türkiyə   ABŞ  





Xəbər lenti