![](https://azvision.az/photos/2023/05/secki-netice-1684166352.jpg)
İkinci turun şərtləri nədir?
Qaydalara görə, növbəti turda ən çox səs qazanmış iki namizəd mübarizə aparacaq. Türkiyə xalqı iki namizəd arasında seçim edəcək və vətəndaşlar birinci turda səs verdikləri məntəqələrdə yenidən seçkiyə gedəcəklər. Seçkinin birinci turunda səs verməyən seçicilər də ikinci turda iştirak edə biləcəklər. Səsvermənin nəticəsinə əsasən, ən çox səs qazanmış namizəd Türkiyənin 13-cü Prezidenti olacaq.
![]() |
Ankara Trampın bəyanatlarından narazıdır |
Sinan Oğan amili
14 may seçkisi Sinan Oğan amili ilə də diqqət çəkdi. Hətta maraqlıdır ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binali Yıldırım Sinan Oğanı təbrik də etdilər. Onlar ilk dəfə prezident seçkilərində iştirak edən Oğanın nəticəsini yüksək qiymətləndirdilər.
İndi ilk gündən rəqabət meydanında ciddiyə alınmayan fiqur olan Sinan Oğan ən çox müzakirə olunan namizədə çevrilib. 5 faizdən çox səs toplayan Azərbaycan əsilli siyasətçi ikinci turda kimi dəstəkləsə, onun tərəfdarları da həmin şəxsə öz səslərini yönəldə bilər. Bu isə yeni prezidentin seçilməsində həlledici rol oynaya bilər.
Sinan Oğanın sözlərinə görə, seçkilərin ikinci tura keçəcəyini əvvəldən gözləyirmiş: "İkinci turun taleyini türk millətçiləri həll edəcək. Qarşıda bizi 15 çətin gün gözləyir. Bu prosesdə əlimizdən gələni edəcəyik ki, ölkəmiz üçün yaxşı nəticə olsun”. O, ikinci turda konkret kimi dəstəkləyəcəyi ilə bağlı qərar vermədiyini də bildirib.
Yerli mediada əsasən Oğanın öz elektoratını Kılıçdaroğluna yönəldəcəyi ilə bağlı məlumatlar dolaşır.
Tural Tağıyev
AzVision.az