Keçmiş milli futbolçular deputat seçildilər
![Keçmiş milli futbolçular deputat seçildilər Keçmiş milli futbolçular deputat seçildilər](https://azvision.az/photos/2023/05/Screenshot_8-1684150185.jpg)
AK partiyanın Antalyadan namizədi, keçmiş futbol hakimi Kuddusi Müftüoğlu, İYİ partiyasının Hataydan namizədi, keçmiş milli futbolçu Gökhan Zan, CHP-nin Ankaradan millət vəkili namizədi milli taekvondoçu İrem Yaman parlamentə daxil ola bilməyiblər.
Qeyd edək ki, ötən gün Türkiyədə prezident və 28-ci çağırış parlament seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda üç namizəd - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.
Səsvermə bülletenlərinin 99,37%-i sayılıb . Son məlumata görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan: 49,42%-lə öndədir. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,95%, Sinan Oğan isə 5,20% səs toplayıb.
Şahanə Rəhimli
AzVision.az