Uşu idmanı ilə məşğul olan iranlı qızlar böhranla üzləşiblər

  Uşu idmanı ilə məşğul olan iranlı qızlar böhranla üzləşiblər
  15 May 2023    Oxunub:1333
İranda bütün sahələrdə olduğu kimi idmanda da problemlər yaşanır. Belə ki, Şirazda qadınların marafon yarışı ilə bağlı yaranmış mübahisələrin ardınca, bu şəhərdə qadınların uşu üzrə çempionatı da təxirə salınıb.
AzVision.az bildirir ki, bu barədə məlumatı açıqlayan İranın Uşu federasiyasının katibi Məcid Mələki qərarı verənləri hansı məntiqdən çıxış etdiklərinin aydın olmadığını deyib.

“Qızların yaş qrupu üzrə gənclər çempionatında iştirak edəcək idmançılar mayın 31-də keçiriləcək seçimdən sonra toplanış düşərgəsinə gəlməli və Honq-Konqda keçiriləcək Asiya Oyunlarına hazırlaşmalı idi. Təəssüf ki, naməlum səbəblərdən bu ləğv olundu və bizə xeyli problemlər yaratdı. Rəsmilər bildiriblər ki, əyalətdə mövcud olan problemlərə görə bu yarışların burada keçirilməsi məqsədəuyğun deyil. Lakin əslində bu səbəb də aydın və şəffaf deyildi. Bizə bu turnirin keçirilməsinə imkan verməmələri planlarımızı ciddi şəkildə zədələdi və indi biz başqa ev sahibi seçməyə və vaxtımız olmadığından qızlar arasında yaş qrupu üzrə turniri çox tez etməyə məcburuq” - Mələki vurğulayıb.

Qeyd edək ki, mayın 9-da Uşu federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsi 13-18 may tarixlərində Şirazda keçirilməsi planlaşdırılan qadınlar arasında uşu üzrə ölkə çempionatının və bu yaş qrupu üzrə yığma komandanın seçilməsinin “təxirə salındığını” açıqlamışdı.

AzVision.az


Teqlər: İran   idman  





Xəbər lenti