"Britaniya Ukraynaya döyüş təyyarələri göndərməyəcək"

   "Britaniya Ukraynaya döyüş təyyarələri göndərməyəcək"
  15 May 2023    Oxunub:1079
Britaniya baş nazirinin ofisi bildirib ki, ölkə Ukraynaya döyüş təyyarələri göndərməyi planlaşdırmır.
Bu barədə AzVision.az Reuters agentliyinə istinadən xəbər verir.

“Belə planlar yoxdur”, -Böyük Britaniyanın baş naziri Rişi Sunakın nümayəndəsi Kiyevi qırıcı təyyarələrlə təmin etmək planları ilə bağlı suala cavab verib.
Zelenski Sunak ilə görüşdü - FOTO


Bundan əvvəl Vladimir Zelenski Londona getdiyini və Böyük Britaniyanın baş naziri Rişi Sunakla danışıqlar aparmağı planlaşdırdığını bildirib.

Britaniya hökumətinin rəsmi saytında dərc edilən press-relizdə ölkənin yayda ukraynalı pilotların təliminə başlayacağı, həmçinin Kiyevə F-16 qırıcılarının mümkün təminatı ilə bağlı digər ölkələrlə işləməyə davam edəcəyi bildirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Zelenski   London  





Xəbər lenti