Qumda hicaba görə 3 nəfərə həbs və şallaq cəzası verildi

 Qumda hicaba görə 3 nəfərə  həbs və şallaq cəzası verildi
  16 May 2023    Oxunub:1961
İranın Qum şəhərinin üç sakininə “məcburi hicaba” riayət etməmək və yaxşılığa dəvət və pislikdən çəkindirmək qanunun icrasına mane olmaq ittihamı ilə ümumilikdə 9 aydan çox həbs, 148 şallaq zərbəsi və digər əlavə cəzalar verilib.
AzVision.az bildirir ki, İrandakı hüquq müdafiəçiləri qrupunun xəbər orqanı olan “Hrana” agentliyi belə məlumat yayıb.

“Hüseyn Soltaninin rəhbərlik etdiyi Qum Cinayət Məhkəməsinin 116-cı şöbəsi Əbdül Baqir Əmani, Rza Rəşidi və Məhəmməd Rza Rüstəmiyə yaxşılığa dəvət və pislikdən çəkindirmək qanunun icrasına mane olmaq ittihamı üzrə 91 sutka həbs və iki il dövlət və ictimai xidmətlərdən uzaqlaşdırma cəzası verib. Bu iş üzrə digər müttəhim Məryəm Bənirəzi Mütləq hicabın açılması, ictimai təvazökarlığa zərər vurmaq və ictimai asayişi pozmaq ittihamları ilə 8 ay həbs və 148 şallaq zərbəsi cəzasına məhkum edilib ” – həmin məlumatda deyilir.

Həmçinin o, da bildirilir ki, bu vətəndaşlar daha əvvəl İrandaki son etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunsalar da, sonradan zaminə buraxılıblar.

AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti