Ağ Ev: "Rusiya İrandan daha çox hücum PUA-ları almağa çalışır"
“Rusiya əvvəllər İrandan aldığı 400 “Şahid” kamikadze təyyarəsinin əksəriyyətindən istifadə etdikdən sonra indi Tehrandan yeni pilotsuz təyyarələr almağa çalışır. Rusiyanın Ukrayna ərazisindəki hədəflərə hücum etmək üçün bu dronlardan istifadə edəcəyinə inanmaq üçün bir neçə əsas var. İran və Rusiya arasında hərbi əməkdaşlıq Ukrayna, region və beynəlxalq ictimaiyyət üçün zərərlidir.”, - Kirbi vurğulayıb.
Con Kirbi öz açıqlaması ilə Ukrayna prezidenti Volodomir Zelenskinin bu məsələ ilə bağlı üç gün əvvəl verdiyi bəyanatını təsdiqləyib.
Belə ki, Rusiyanın Ukraynaya hücumundan sonra bir sıra Qərbi Avropa ölkələrinə ilk səfərə çıxan Volodimir Zelenski mayın 13-də “Sanksiyalar sayəsində rusların istehsal etdiyi raketlərin sayı bir neçə dəfə azalıb, lakin İran kimi problemlər var ki, onlar ruslara yenə mindən çox pilotsuz təyyarə və digər silahları satıb. Rusiya son bir ildə İrandan aldığı silahların demək olar ki, hamısını Ukrayna xalqını öldürmək və ölkənin infrastrukturuna ziyan vurmaq üçün istifadə edib.”, - bəyanatını vermişdi.
AzVision.az