Nazənin Bünyadi İran nümayəndəsinin İnsan Haqları Şurasında təyinatını tənqid edir
![Nazənin Bünyadi İran nümayəndəsinin İnsan Haqları Şurasında təyinatını tənqid edir Nazənin Bünyadi İran nümayəndəsinin İnsan Haqları Şurasında təyinatını tənqid edir](https://azvision.az/photos/2023/05/NAZ-1684228583.jpg)
“Mən narahatlığımı yüksək səslə BMT-nin İnsan Haqları Şurasına bildirəcəyəm və İran rejimi nümayəndəsinin bu şuranın ictimai məclisinə sədrlik etmək üçün həyasızcasına seçilməsi qarşısında səssiz qalmayacağam. İran övladlarının hər birinin həyatını xilas etmək mənim üçün hər hansı bir hərəkətdən daha vacibdir və mən bu gənclərin vəziyyətini ürəkdən izləyirəm.”, - Nazənin Bünyadi deyib.
Əslində bu təyinat yalnız Nazənin Bünyadi tərəfindən deyil, həm digər tanınmış simalar və sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub.
Maraqlıdır ki, İranı “insan haqlarının pozulması”na görə dəfələrlə qınayan və bu sahədə İran üçün xüsusi nümayəndə təyin edən BMT-nin İnsan Haqları Şurasında məhz İran təmsilçisinə belə məsuliyyətli vəzifə həvalə olunur.
AzVision.az