"Kamal Kılıçdaroğlu, sizə yalvarıram"

   "Kamal Kılıçdaroğlu, sizə yalvarıram"
  16 May 2023    Oxunub:1504
CHP sədri və Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Bolu Bələdiyyə Başçısı Tanju Özcanın "Tvitter"də qaçqınlarla bağlı paylaşımını bəyənib.
Tanju Özcan dünən axşam "Tvitter" hesabında: "28 May "sığınacaq axtaranları göndərməyəcəyəm" deyənlərlə "göndərəcəyik" deyənlərin seçimi olacaq. “Qalsın” deyən Rəcəb Tayyib Ərdoğana, “Getsinlər” deyənlər Kamal Kılıçdaroğluna səs verəcək. Mən göndərdiyim kimi cənab Kamal da göndərəcək", - yazıb. CHP sədri Kılıçdaroğlu Özcanın paylaşımını bəyənib.

Özcan bugünki tvitində isə: "Hörmətli Kamal Kılıçdaroğlu, sizə yalvarıram. Türkiyə Cümhuriyyətinin Sevr müqaviləsindən sonra ən böyük xəyanət sənədi olan redmissiya müqaviləsindən birtərəfli qaydada çıxacağını Türkiyə və dünya ictimaiyyətinə izah edin.

Redmissiya sazişindən çıxanda Avropa sərhədlərini açacağınızı bəyan edin. Əmin olun, illərdir qanımızı udmuş ​​qaçqınlardan bir nəfər də qalmayacaq. Böyük bir imperiya planını da pozmuş olarsınız",
- deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kamal   Kılıçdaroğlu   Türkiyə  





Xəbər lenti