Makronun oğlu və nəvəsi döyüldü

   Makronun oğlu və nəvəsi döyüldü
  16 May 2023    Oxunub:2318
Fransa prezidentinin xanımı Bricit Makronun nəvəsi Jan-Batist Tronier prezident Emmanuel Makronun televiziya müsahibəsindən qısa müddət sonra Amiens şəhərində Tronier ailəsinə məxsus şirniyyat evinin yaxınlığında döyülüb. Bu barədə “Courrier picard” qəzeti yazır.
"Mayın 15-i Fransa prezidenti Emmanuel Makronun çıxışından qısa müddət sonra Jan-Batist Tronier və atası Jan-Aleksandra hücum edilib", - məqalədə deyilir.

Jan-Aleksandrın sözlərinə görə, hücum edənlər təxminən 10 nəfər olub və onlar müntəzəm olaraq nümayişlərdə iştirak ediblər. Daha sonra hücumda iştirak edən 8 nəfər saxlanılıb. Qəzetin yazdığına görə, ailə pensiya islahatı əlehdarlarının hücumundan qorxur. Nümayişçilər əvvəllər də şirniyyat dükanına hücum ediblər.

Qeyd edək ki, aprelin 14-də Fransanın Konstitusiya Şurası ölkədə pensiya yaşının 2030-cu ilə qədər tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı qanun layihəsinin əsas maddəsini təsdiqləyib. Həmin gün Makron qanunu imzalayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Makron  





Xəbər lenti