Matviyenko: "Heydər Əliyevin adı əbədi olaraq Azərbaycan və Rusiya tarixinə həkk olunub"
![Matviyenko: "Heydər Əliyevin adı əbədi olaraq Azərbaycan və Rusiya tarixinə həkk olunub" Matviyenko: "Heydər Əliyevin adı əbədi olaraq Azərbaycan və Rusiya tarixinə həkk olunub"](https://azvision.az/photos/2023/05/1684260333.jpg)
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqın sevgisini və beynəlxalq miqyasda nüfuz qazanıb.
Federasiya Şurasının sədri deyib: “Onun gündəlik fəaliyyətinin bir çox epizodlarından qətiyyətli, nüfuzlu, həm də həssas, qayğıkeş və heyrətamiz dərəcədə cazibədar insanın portreti yaranır. Təsadüfi deyil ki, təkcə Azərbaycan və Rusiyada deyil, həm də bir sıra dövlətlərdə Heydər Əliyevin abidəsi ucaldılıb. Onun adına küçələr, xiyabanlar var və zənnimcə, Heydər Əliyevin şəxsiyyətinə belə dərin ehtiram onun insanların rifahı naminə çoxillik fəaliyyətinə verilən ən yaxşı qiymətdir”.
Valentina Matviyenko vurğulayıb ki, Heydər Əliyev bütün ömrü boyu Rusiya və Azərbaycan xalqları arasında dostluğun inkişafına xüsusi əhəmiyyət verib. Ulu Öndər Rusiyaya, rus dilinə, rus mədəniyyətinə böyük sevgi hissi bəsləyirdi, onun taleyi isə Rusiya ilə sıx bağlı idi.
Valentina Matviyenko deyib: “Çoxəsrlik Rusiya-Azərbaycan dostluq ənənələri bu gün aralarında xeyirxah və etibarlı münasibətlərin olduğu Rusiya və Azərbaycanın liderləri – Vladimir Putin və İlham Əliyev tərəfindən davam etdirilir. İkitərəfli humanitar qarşılıqlı fəaliyyətin dəstəklənməsində Rusiyanın böyük dostu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mühüm rol oynayır”.
Federasiya Şurasının sədri qeyd edib ki, Heydər Əliyevin adı əbədi olaraq Azərbaycan və Rusiya tarixinə həkk olunub. O söyləyib: “Mən Heydər Əliyevin işıqlı xatirəsinin gələcəkdə də yaşayacağına şübhə etmirəm, onun həyatı və xeyirxah əməlləri isə Rusiya və Azərbaycan xalqlarının bir çox nəsilləri üçün örnək olacaq”.
AzVision.az
Teqlər: