Zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarıldı - FOTO

   Zəlzələdən 3 ay sonra dağıntılar altından sağ çıxarıldı -  FOTO
  17 May 2023    Oxunub:2844
Suriyada baş verən zəlzələdən təxminən üç ay sonra dağıntılar altından sağ qalmış şəxs çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə Axbar.fouri portalı məlumat yayıb. Bildirilib ki, dağıntılar altından çıxarılan şəxs xeyli arıqlayıb və saqqalı uzanıb.

"Onun necə sağ qaldığı barədə məlumat verilmir. Məlum olub ki, xilas edilənlər müşahidə və reabilitasiya üçün həkimlərə təhvil verilib.

Qeyd edək ki, fevralın əvvəlində Türkiyənin cənub-şərqində, Suriya sərhədinə yaxın Kahramanmaraş əyalətində 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ qonşu dövlətlərdə, o cümlədən Suriyada da hiss edilib. Mart ayına olan məlumata görə, Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5,8 min nəfəri keçib. Ümumilikdə, Suriyada zəlzələlər nəticəsində 400 mindən çox insan zərər çəkib. Dağıntılar altından 1,5 min nəfər xilas edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti