İsraillə müharibənin hər günü üçün İran 5 milyon dollar vəd edib
“İranın maliyyə vədi bu qruplaşmaya Qəzzada İsrail ordusu ilə Fələstin İslami Cihad qüvvələri arasında baş verən son qarşıdurma zamanı verilib. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan insident zamanı HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyə və “Fələstin İslami Cihadı”nın baş katibi Ziyad Nəxalə ilə telefon danışığı aparıb” - məlumatda deyilir.
İsrail ordusu və “Fələstin İslami Cihadı” Misirin Təhlükəsizlik xidməti rəhbərinin vasitəçiliyi ilə şifahi şəkildə əldə edilən razılaşmaya əsasən mayın 13-ü saat 22:00-dan etibarən bir-birinə qarşı hücumları dayandırıb. Lakin bundan bir gün sonra tərəflər bir-birinə qarşı kiçik miqyaslı hücumlar da həyata keçiriblər.
AzVision.az
Teqlər: