"Ermənilərə deyirlər ki, rusları ölkədən qovun" - Lavrov

   "Ermənilərə deyirlər ki, rusları ölkədən qovun" -    Lavrov
  17 May 2023    Oxunub:1124
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ və onun müttəfiqləri MDB məkanında vəziyyəti qızışdırmağa fəal şəkildə çalışırlar.
O, bu barədə "Tsarqrad" telekanalına müsahibəsində bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistanı amerikalıların məqsədlərindən biri adlandırıb.
"Qərb Rusiyanın müttəfiqlərini çətin vəziyyətə salır" - Lavrov


“...Mən bilirəm ki, məsələn, onlar (ABŞ və müttəfiqləri – red.) ermənilərə siqnal verirlər ki, rusları ərazinizdən qovun, sərhədçiləri çıxarın. Hərbi bazanı ləğv edin. Biz sizə təhlükəsizliyin təmin olunmasına kömək edəcəyik”, - nazir bildirib. Larov hesab edir ki, bu iş üslubunu diplomatiya hesab etmək olmaz. Bu, açıq-aşkar və birbaşa ələ almaqdır.

"İqtisadi əlaqələrin ən yaxşı payı Rusiya Federasiyası, Avrasiya İqtisadi İttifaqı və MDB-nin payına düşür. Amma həm Mərkəzi Asiya, həm də Zaqafqaziya iqtisadiyyatında Qərbin payı hələ də artır. Qərb isə onlardan öz maraqlarına zidd, qızıl dağlar vəd edən heç bir addım atmamağı metodik və kinli şəkildə tələb edir. Baxmayaraq ki, reallıqda bu, yalnız daxili işlərə müdaxiləyə çevrilir”, - XİN rəhbəri əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Rusiya   Lavrov  





Xəbər lenti