SEPAH: Amerika sahillərindən 12 millik məsafəyə qədər gedə bilərik
![SEPAH: Amerika sahillərindən 12 millik məsafəyə qədər gedə bilərik SEPAH: Amerika sahillərindən 12 millik məsafəyə qədər gedə bilərik](https://azvision.az/photos/2023/05/TANG-1684321189.jpg)
“Dəniz bölgəsində təhlükələrlə mübarizə günü-gündən yenilənir. Ona görə də bununla bağlı elmi iş aparılmalıdır. Təbii ki, yaranan təhlükə və imkanların dairəsi təkcə hərbi sahədə məhdudlaşdırılmamalıdır, lakin gəmilərin hərəkəti üçün təhlükəsizlik olmasa, dəniz iqtisadiyyatı zərər görəcək. Dəniz bölgəsindəki təhdidlər və imkanlar həm hərbi, həm də mülki xarakter daşıyır. Bu səbəbdən də belə halların araşdırılması üçün hərbi və mülki akademik mərkəzlər müzakirə etməli, fikir mübadiləsi aparmalıdırlar. Müxtəlif universitet professorlarını hərbi məsələlərlə uyğunlaşdırsaq, çoxlu yaxşı istismarlarımız ola bilər. Çünki İran şimalda 1800 km, cənubda isə 2200 km sahilə malik olan bir ölkədir. Beləliklə, Hərbi Dəniz qüvvələri Amerika sahillərindən 12 mil məsafəyə qədər gedə bilən strateji qüvvədir, lakin digər qüvvələrin belə bir qabiliyyəti yoxdur” - Təngsiri bildirib.
Əlirza Təngsiri, əslində, bu bəyantla Kəngər və Oman körfəzləri, habelə Hörmüz boğazındakı naviqasiya ilə bağlı zaman-zaman ABŞ-la İran arasında yaşanan ziddiyyətləri müzakirələr yolu ilə həllinin mümkünlüyünə eyham vurur. Başqa sözlə desək, Tehran bu məsələdə Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bildirir. Amam İrandakı teokrtaik rejimin hakimiyyətdən uzaqlaşdırılmasına çalışan Vaşinqtonun belə asanlıqla öz mövqeyini dəyişəcəyi inandırıcı görünmür.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az