İranın Mədəniyyət nazirliyi və digər “senzura vasitələri”nə qarşı boykot çağırışı
“Bütün sənətçiləri, yazıçıları, naşirləri, İran film və şoularında iştirak edənləri mədəni monitorinq və nəzarət qurumlarını tanımamağa və senzura aparatlarının ədalətsiz gücünə qarşı durmağa çağırırıq. İfadə və yaşam azadlığı hüququnun geri alınması, bədii-intellektual yaradıcılığın illərlə mübarizə apardığı senzuradan azad edilməsi qadının, həyatın, azadlığın mütərəqqi hərəkatında özünü geniş və dərin şəkildə göstərdi. Bu hərəkatın ardınca İranın bədii ictimaiyyəti artıq İranın Mədəniyyət nazirliyi və Elm və Ali təhsil nazirliyinin təcavüzkar qurumlarının və digər repressiya və senzura qurumlarının nizam-intizamına tabe olmadığını nümayiş etdirdi”, - çağırışda vurğulanır.
Mərkəzin üzvləri, həmçinin, bundan sonra heç bir qurumdan, xüsusən də dövlət qurumlarından heç bir bədii və intellektual əsər və aksiyalar, o cümlədən sərgilər təşkil etmək, kitab və jurnal nəşr etmək, film çəkmək və nümayiş etdirmək və sair üçün icazə almayacaqlarını açıqlayıblar.
AzVision.az