Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb

Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb
  17 May 2023    Oxunub:1144
Qara dəniz Taxıl Sazişinin müddəti daha 2 ay uzadılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.


O qeyd edib ki, Türkiyə sazişin bundan sonra da problemsiz fəaliyyət göstərməsi üçün səylərini davam etdirəcək.

Ərdoğan, həmçinin əlavə edib ki, Rusiya tərəfi Ukrayna limanlarında qalan Türkiyə gəmilərinin oradan çıxması üçün əngəl olmayacağını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti