İranlı jurnalist: “Azərbaycanda Ərdoğanın populyarlığı 90%-dən çoxdur”

      İranlı jurnalist:    “Azərbaycanda Ərdoğanın populyarlığı 90%-dən çoxdur”
  18 May 2023    Oxunub:1164
Rəsmi “İran” qəzetinin anti-Azərbaycan mövqeli müxbiri Məhəmməd Mütləq sosial media hesabında yenidən Azərbaycan dövlətini qərəzli şəkildə “Bakı Respublikası” adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Bildirilir ki, o, həm də Ərdoğanın seçkilərdəki üstünlüyünü şübhə altına alaraq yazıb: “Türkiyədə seçicilər arasında Ərdoğanın populyarlığı 49,35% olduğu halda, “Bakı Respublikası”nın əhalisi arasında aparılan sorğuda bu, 90%-dən çoxdur. Sizcə bu nəyi göstərir?”.

AzVision.az



Teqlər:





Xəbər lenti