Paşinyan ilk dəfə Azərbaycanın 86,6 min km²-lik ərazisini tanıdığını bəyan etdi |
Onun sözlərinə görə, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətninin yekunlaşmasına gəlməyə imkan verəcək. Növbəti addım delimitasiya komissiyasının formalaşdırılmasının hüquqi əsaslarının müəyyən edilməsi olmalıdır.
"Üçtərəfli görüşdə əsirlərin və məhbusların azad edilməsi ilə bağlı müəyyən anlaşma formalaşıb, itkin düşənlərin taleyinə aydınlıq gətirilib. Qarşıdakı görüşlərdə bu mövzu ətrafında müzakirələr davam etdiriləcək",- Paşinyan bildirib.
Şahanə Rəhimli
AzVision.az