"Qocalar" qırıldı... Döyüşə ahıllar gedir – FOTOLAR
// Rusiya muzey eksponatlarını cəbhəyə göndərməyə başlayıb
Nəzərə alsaq ki, bir tankın və ya zirehli transpotryorun konservasiyadan çıxarılıb, təkmilləşdirilərək döyüşə göndərilməsi üçün ən azı 2-3 "donor”dan istifadə olunur, onda Rusiya Federasiyasının Müdafiə Nazirliyinin saxlanc meydançalarındakı azalma tempini rahatlıqla 2-yə və 3-ə vurmaq lazımdır. Tanklarda bu əmsal daha yüksək, top və daha sadə mexanizmli vasitələrdə bir qədər aşağıdır.
“Т-80БВ” (1985), “T-62/T-62M” (1962-1975), “T-55” (1958-1976) tanklarından, “АЗП-57” toplu “С-60” (1950) zenit-artilleriya sistemlərindən və “КС-19M2” (1949-1955) zenit tolparından sonra, rus ordusu Ukraynaya raritet “БТР-50П” zirehli transportyorların "təkmilləşdirilmiş" versiyasını göndərməyə başlayıb.
Qeyd olunmalıdır ki, “ПТ-76” üzən tank şassisi üzərində yığılan antik ZTR 1954-1970 illərdə istehsal olunub və yeni versiyada “ЗУ-23-2” (1960) zenit qurğusu ilə təchiz edilmiş variantda kadra düşüb.
Suriya savaş praktikasına əsaslanaraq güman etmək olar ki, "təkmilləşdirilmiş" “БТР-50П”dən şəhər döyüşlərində əks tərəfin canlı qüvvəsinə qarşı və hücüm qruplarının atəş dəstəyi vasitəsi kimi istifadə olunacaq. Ortalama 2-3 gün, Ukrayna ordusunun müasir tank əlehinə sistemləri və ya adi anti-material tüfəngə tuş gələnə qədər.
Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün