"Ermənistana yardım göstərməyə hazırıq" - KTMT

   "Ermənistana yardım göstərməyə hazırıq" -    KTMT
  18 May 2023    Oxunub:1072
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi-texniki əməkdaşlıq çərçivəsində KTMT-nin monitorinq missiyasını göndərməklə İrəvana mümkün yardım göstərməyə hazır olduğunu təsdiq edir.
Bu barədə cümə axşamı Minskdə KTMT Parlament Assambleyası Şurasının iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov məlumat verib.

- Kollektiv Təhlükəsizlik Şurasının ötən noyabr sessiyasında qeyd edildiyi kimi, biz həm KTMT-nin monitorinq missiyasını göndərməklə, həm də hərbi-texniki yardım, sərhədçilərin təlimi və müasir texniki vasitələrlə təchiz edilməsi yolu ilə İrəvana mümkün yardım göstərməyə hazır olduğumuzu bir daha təsdiqləyirik.

Tasmaqambetov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında uzun illər davam edən ziddiyyətlər nəticəsində Cənubi Qafqazda gərginlik davam edir, silahlı toqquşmaların baş verməsi qeydə alınır.

“Əlbəttə, biz münaqişə tərəflərinin hərtərəfli sülh sazişinin bağlanmasına yönəlmiş səylərini alqışlayırıq”, - deyə KTMT-nin baş katibi əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: KTMT   İrəvan  



Xəbər lenti