İranın Mərkəzi Bankı rəsmi statistikanı gizlədir

   İranın Mərkəzi Bankı rəsmi statistikanı gizlədir
  18 May 2023    Oxunub:1090
İranın Mərkəzi Bankı və Statistika mərkəzi ikinci aydır ki, ölkədəki inflyasiya ilə bağlı real rəqəmləri dərc etməkdən yayınsa da, ötən ilin aprel ayı ilə müqayisədə bi ildə əmtəənin və xidmətlərin qiymət artımı təxminən 70%-dir.
bildirir ki, İranın Mərkəzi bankındakı məlumatlı mənbəyə istinadən bu barədə məlumat verən “Eco Iran” saytı inflyasiyanın ölkədə son 30 ildə ən yüksək həddi haqladığı deyilir.

“Aprel ayında inflyasiya səviyyəsi 70%-dən yalnız bir addım uzaq və son 30 ildə ən yüksək inflyasiya dərəcəsi olan 68,7%-ə bərabərdir” - xəbərdə vurğulanır.

İranın rəsmi qurumları ölkədəki iqtisadi vəziyyətini gizlətmək üçün rəsmi statistikanı dərc etmək istəmirlərlər. Məsələn, 2017-ci ildən enerji balansı, 2018-ci ilin payızından büdcənin icra vəziyyəti və elektrik stansiyalarında çirkləndirici yanacaq sərfi, ölkənin bir çox iqtisadi statistik göstəriciləri dərc olunmur.

İranın Mərkəzi bankı da fevral ayından etibarən inflyasiya statistikasını dərc etməyi dayandırıb. İran Statistika mərkəzi isə əvvəlki təcrübənin əksinə olaraq, yalnız mal və xidmətlərin qiymətlərinin əvvəlki ayla müqayisədə artım sürəti ilə bağlı statistik məlumatları dərc edir, hər ayın ötən ilin eyni ayı ilə müqayisədə inflyasiya nisbəti ilə bağlı heç bir statistik məlumat vermir.

AzVision.az


Teqlər: İran   inflyasiya  



Xəbər lenti