Paşinyanı oğurlamaq istəyən qadın aclıq aksiyasına başlayıb

 Paşinyanı oğurlamaq istəyən qadın aclıq aksiyasına başlayıb
  18 May 2023    Oxunub:1430
Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyanın oğurlanmasında təqsirləndirilən Qayane Akopyan aclıq aksiyasına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə parlamentin müxalif "Hayastan" fraksiyasının deputatı Aqnessa Xamoyan jurnalistlərə müsahibəsində məlumat verib.

Müharibədə öldürülmüş erməni əsgərlərin yaxınları aksiya keçirirlər - VİDEO
Deputatın sözlərinə görə, əsgər anası nə qədər ki, həbsdə saxlanılacaq, aclıq aksiyasını dayandırmayacaq. Amma qadın hazırda özünü yaxşı hiss etmir və zəifləyib.

“Qayane belə hesab edir ki, Aşot onu səhv başa düşüb və hər şey üzləşmədən sonra bəlli olacaq”, - deputat bildirib.

Qeyd edək ki, Qayane Akopyan 44 günlük müharibədə məhv edilmiş hərbçi Jora Martirosyanın anasıdır. O, mayın 17-də Ermənistanın baş nazirinin oğlunun oğurlanması işi ilə bağlı saxlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Aclıq-Aksiyası  



Xəbər lenti