NATO-nun nazirləri qırıcıların Ukraynaya verilməsini müzakirə edəcəklər

   NATO-nun nazirləri qırıcıların Ukraynaya verilməsini müzakirə edəcəklər
  18 May 2023    Oxunub:1261
NATO-ya üzv ölkələrin müdafiə nazirləri iyunda keçiriləcək görüşdə Qərb qırıcılarının Ukraynaya mümkün transferini müzakirə edəcəklər.
AzVision.az xəbər verur ki, bunu NATO-nun baş katibi Yens Stoltenberqin “Spiegel” nəşrinə müsahibəsində deyib. O qeyd edib ki, müharibə irəlilədikcə silahların ötürülməsi də aktuallaşır.

Baş katib bildirib ki, əvvəlcə ukraynalılar üçün tank əleyhinə silahlar, sonra haubitsalar, zenit silahları, daha sonra isə tanklar üçün vacib texnika olub.

O xatırladıb ki, Polşa və Slovakiya artıq sovet MiQ-29 qırıcılarını Ukraynaya verib.

"Biz müasir Qərb qırıcılarına ehtiyac olub-olmaması məsələsini həm NATO-da, həm də Ukrayna ilə daim müzakirə edirik. Mən ümid edirəm ki, bu mövzu iyunda NATO müdafiə nazirlərinin görüşündə də müzakirə olunacaq", - Stoltenberq bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti