İran yazıçıları: “Biz hökumət qətllərini istəmirik"
- Repressiya bıçağından qoruna bilən, bir çox üzvləri həbs olunmayan, çağırış, sorğu-sual və hədələrlə üzləşməyən çox az həmkarlar ittifaqı və siyasi təşkilat qalıb. Müxalifləri və tənqidçiləri həbs edib sıxışdırarkən hökumət sanki müxalif olmaq üçün ağızlarını açanların heç birinin hökumətin təcavüzündən qurtulmayacaqmış kimi davranır”, - bəyanatda vurğulanır.
İranın Yazıçılar Birliyi azadlıq və insan haqlarını müdafiə edən bütün təşkilatları və dünya üzrə müttəfiq təşkilatları “İranda yeni edam dalğasına qarşı olduqlarını açıq şəkildə bəyan etməyə və İranın repressiya maşınının qarşısını almaq üçün bütün imkanlarından istifadə etməyə” çağırıb.
Birlik Sədullah Fazili Zare və Yusif Mehrdadın “müqəddəsləri təhqir etmək” və “Sab ən-Nəbi” ittihamları ilə edam olunmasına işarə edərək bildirib:
“Hökumətin bu ikisinin boynuna taxdığı kəndir, Möhsün Mirşekari, Məcidrza Rəhnəvard, Məhəmməd Mehdi Kərəmi, Seyid Məhəmməd Hüseyni və son azadlıq hərəkatının digər edam edilmiş insanları kimi etirazçıların həyatına son qoyan kəndirdir. Məcid Kazemi, Saleh Mirhaşmi və Səid Yaqubinin boynuna taxılmasından qorxduğumuz kəndir də həmin kəndirdir. Bu üç nəfərin cəzasının icrasını bu günə qədər ləngidən ölüm hökmünə qarşı müxalifət dalğası daimi, davamlı və gündəlik prosesə çevrilməlidir: biz hökumətin qətllərini görmək istəmirik”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


