Bu ştatda "TikTok" qadağan edildi

   Bu ştatda "TikTok" qadağan edildi
  18 May 2023    Oxunub:1559
ABŞ-ın Montana ştatı "TikTok"u qadağan edən ilk yerli hökumət olub. Səbəb isə təhlükəsizlik narahatlığıdır.
AzVision.az xəbər verir ki, Montana qubernatoru Greg Gianforte ştat sakinlərinin şəxsi məlumatlarının açıqlanmasının qarşısını almaq səbəbi ilə sosial media tətbiqi "TikTok"u qadağan edən qanun layihəsini imzalayıb.

"Çin Kommunist Partiyasının "TikTok"dan amerikalılara casusluq etmək, onların şəxsi və həssas məlumatlarını toplamaq üçün istifadə etdiyi yaxşı şəkildə sənədləşdirilib", qubernator əlavə edib.

Qanun layihəsi 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Qanunun pozulması halında "TikTok" tətbiqini təklif edən "Google Play Store" və "App Store" kimi platformalar gündə 10 min dollara qədər cərimə ödəməli olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti