"Rusiyaya qarşı sözdə və əməldə birlik əldə edilib" - Kuleba
Rusiyaya qarşı müharibənin birlik olmadan qalib gəlməyəcəyini vurğulayan Kuleba bildirib ki, Ukrayna ilk növbədə öz şərtləri ilə Rusiyaya qalib gəlməlidir.
Kuleba qeyd edib ki, Rusiya illər sonra geniş miqyaslı bir işğala başladı və bunu bütün Ukraynaya yaymağa çalışdı: "Birlik olmasaydı, hər şey başqa cür olardı. Xoşbəxtlikdən, ötən ildən birlik var və hamımız ümumi düşmən ətrafında birləşmişik. Yalnız bu yolla düşmənə qalib gələ bilərik və buna görə də birliyi qorumaq çox vacibdir".
Qərbin Rusiyaya qarşı sanksiyalarını davam etdirməsini vurğulayan Kuleba bildirib ki, Ukrayna NATO-ya üzvlük üçün fəaliyyət planı deyil, konkret iştirak alqoritmini gözləyir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


