Paşinyanın oğlu onu oğurlayan əsgər anası ilə üzləşdi

   Paşinyanın oğlu onu oğurlayan əsgər anası ilə üzləşdi
  18 May 2023    Oxunub:2361
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanla onun oğurlanmasını təşkil etməkdə ittiham olunan Qayane Akopyan arasında üzləşmə olub. Bu barədə jurnalistlərə hüquq müdafiəçisi Ruben Melikyan məlumat verib.
“Bizim bu istintaq tədbiri ilə bağlı hər hansı mənfi iradımız yoxdur",- o bildirib. Melikyanın sözlərinə görə, Qayane Akopyanın saxlanması ilə bağlı verdiyi şikayətə saat 23:00-da baxılacaq.
Aşot Paşinyan adam oğurluğu işinin qurbanı kimi tanındı


Ötən gün Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazmışdı ki, Baş nazirin oğlu Aşot Paşinyan İkinci Qarabağ müharibəsində ölən erməni hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” ictimai təşkilatının üzvləri tərəfindən oğurlanıb.

“Onlar Aşot Paşinyanı maşına minməyə məcbur ediblər, lakin maşın dayanan zaman o, tullanmağa müvəffəq olub, bundan sonra Paşinyanı arxadan gələn eyni təşkilatın maşını vurub”, - qəzet yazır.

Bildirilir ki, A.Paşinyan ayağından zədə alıb. O, hüquq-mühafizə orqanlarına müraciət edib, ictimai təşkilatın üzvləri isə hadisə yerini tərk ediblər.

Daha sonra İstintaq Komitəsi “Oğurluq” maddəsi ilə cinayət işi açıb. "Oğulların çağırışı" təşkilatı adam oğurluğu ittihamını rədd edib. Onlar qeyd ediblər ki, təşkilat üzvləri təsadüfən Aşot Paşinyanla görüşüblər, əsgər anaları ona yaxınlaşıb, maşına minməyi, söhbət etməyi və İrəvandakı Yerablur hərbi qəbiristanlığına birlikdə getməyi təklif ediblər.

Təşkilat iddia edir ki, Aşot Paşinyan etiraz etmədən heç kimin müdaxiləsi olmadan Qayane Akopyanın maşınına minərək Yerablura gedib, daha sonra yolda naməlum səbəbdən maşından düşüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti