Türkiyə parlamentinə erməni əsilli şəxs AKP-dən deputat seçildi
İxtisasca həkim olan Sevan Sıvaçoğlu Türkiyə Böyük Millət Məclisində hakim (Ərdoğanın partiyası) “Ədalət və İnkişaf” partiyasını təmsil edəcək.
Bildirilib ki, Sevan Sevacoğlu İstanbulda fəaliyyət göstərən erməni icmasının fəal üzvlərindən biridir. O, İstanbul Universitetinin tibb fakültəsində təhsil alıb. Hazırda Acıbadəm xəstəxanasında işləyir.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


