Ermənistanda yüksək rütbəli məmur güllələndi
Mənbənin sözlərinə görə, Maştots rayon polis şöbəsinə Başinqcağyan küçəsindəki evlərdən birinin yaxınlığında atəş açıldığı barədə siqnal daxil olub. Polisin əməliyyat qrupu hadisə yerinə gedib. Avtomatın iki patron darağı aşkar edilib.
Atışma nəticəsində bir nəfər xəstəxanaya çatdırılıb, onun Davitaşen rəhbərinin müavini Koryun Arakelyan olduğu üzə çıxıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: İrəvan







Vaxtında, Aydın, Lazımlı!


