Overçuk: İşçi qrupunun görüşünün tarixləri razılaşdırılır

      Overçuk:    İşçi qrupunun görüşünün tarixləri razılaşdırılır
  19 May 2023    Oxunub:1605
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan üçtərəfli işçi qrupunun növbəti təkbətək görüşünün vaxtı və yeri üç ölkənin baş nazirinin müavinlərinin məsləhətləşmələrindən sonra müəyyənləşəcək.
Bu barədə TASS-a Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. O qeyd edib ki, bu gün gün ərzində Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında onların birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası məsələsi üzrə intensiv məsləhətləşmələr aparılır.
Lavrov: “Azərbaycan və Ermənistan yekun razılaşmaya yaxındır”


"Üçtərəfli işçi qrupun növbəti təkbətək görüşünün yeri və vaxtı ilə bağlı yekun qərar məsləhətləşmələrdən sonra veriləcək", - Overçuk bildirib.

Bundan əvvəl, mayın 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycandan olan həmkarları ilə danışıqların yekunu olaraq bildirmişdi ki, gələn həftə baş nazir müavinlərinin başçılıq etdiyi üçtərəfli qrup nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Azərbaycan   Ermənistan  



Xəbər lenti