Dörd il sonra ilk Gürcüstan təyyarəsi Moskvaya uçub

 Dörd il sonra ilk Gürcüstan təyyarəsi Moskvaya uçub
  20 May 2023    Oxunub:1997
Gürcüstanın "Georgian Airways" aviaşirkətinin təyyarəsi 2019-cu ildən bəri ilk dəfə Tbilisidən Moskvaya uçub.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Aviaşirkət mayın 16-da uçuşa icazə alıb. Agentliyin məlumatına görə, təyyarə 80% yüklənib.

Qeyd edək ki, mayın 19-da Rusiyanın “Azimut” aviaşirkətinin təyyarəsi dörd illik fasilədən sonra Moskvadan ilk birbaşa uçuşu həyata keçirərək Tbilisi hava limanına enib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti